Çin sakini Tagir İzmailov RT-nin canlı yayımı zamanı koronavirusun ocağı sayılan Vuhan şəhərindəki vəziyyətdən danışıb.
"Prekrasnaya Rossiya bu-bu-bu” verilişinə bağlanan İzmailov bunları deyib:
"Aprelin 8-dək heç kəsin metro və kafe xidmətindən istifadə etmək hüququ yoxdur. Mobil telefonunuzda karantin dövrünü xəstəliksiz keçdiyinizi, yəni təmiz olduğunuzu göstərən profaylı göstərmək tələb olunur".
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, izmailov şəhərdə heç kəsin maskasız gəzmədiyini deyib. Sakin qeyd edib ki, meqapolisdə indiyədək buraxılış sistemi fəaliyyət göstərir.
"Yəni, əlbəttə ki, şəhər hələ tam açılmayıb, amma buna çox az qalıb – təxminən, bir həftə... Çin mentalitetinin xüsusiyyətləri, belə deyək, hökumətin xeyrinədir. Yalnız bu gün küçəyə çıxanda başa düşdüm ki, doğrudan da, nə qədər adam evində otururmuş”, - İzmailov əlavə edib.
Daha əvvəl Hubey əyalətinin Səhiyyə Komitəsi bildirib ki, martın 25-dən etibarən əyalətə giriş-çıxış məhdudiyyəti aradan qaldırılıb, istisna yalnız hələ ki, Vuhan şəhəridir. Burada karantin rejimi aprelin 8-dək davam edəcək. Çinin Səhiyyə Məsələləri üzrə Dövləti Komitəsinin martın 29-da verdiyi açıqlamaya əsasən, ölkədə pandemiyanın yayılması dayandırılıb. Çində artıq infeksiyaya yoluxanların 93 %-dən çoxu sağalıb.
Qeyd edək ki, Çin hakimiyyəti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını Vuhanda naməlum pnevmaniyanın baş qaldırması barədə məlumatlandırmışdı. Mütəxəssislər xəstəliyin yaranmasına daha sonra COVID-19 adını alacaq yeni koronavirusun səbəb olduğunu göstərmişdi. Ümümdünya Səhiyyə Təşkilatı martın 11-də yeni koronavirusu pandemiya elan edib. İndiyədək dünyada 820 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb, 40 mindən çox insan vəfat edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər