Ukrayna Donbasa hücum etmək niyyətində deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkə prezidentinin Vladimir Zelenskinin mətbuat katibi Yulia Mendel Dom TV kanalında bildirib.
"Həqiqət budur ki, Ukrayna sadəcə öz ərazilərinə hücum edə və xalqı ilə döyüşə bilməz", - deyə o izah edib.
Mendel qeyd edib ki, Kiyevdə yalnız danışıqların sülhə səbəb ola biləcəyinə qəti bir inam var. Mətbuat katibi Ukrayna tərəfinin "Normandiya formatında" danışıqlara can atdığını və mümkün olan bütün diplomatik vasitələrlə sülhə doğru getməyə davam etdiyini açıqlayıb.
Bundan əvvəl Zelenski təmas xəttini ziyarət etməsi nəticəsində Donbasda yeni atəşkəsə ehtiyac olduğunu bildirmişdi. O, həmçinin deyib ki, Ukraynanın NATO-ya üzv olması bölgədə barışığa aparan yeganə yoldur.
Alpər
Şərhlər