Dünya 22:19 31.07.2020

Ukrayna kompensasiya vermədiyinə görə İranı məhkəmə ilə hədələdi

Kiyev Tehrana qarşı beynəlxalq məhkəmələrdə iddia qaldıra bilər. 

Qaynarinfo xəbər verir ki, bu, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus İranda vurulan Boeing-ə görə kompensasiya ilə bağlı danışıqların uğursuz olması halında baş verəcək. Bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba deyib.

Onun sözlərinə görə, İran istənilən halda bütün zəruri kompensasiyaları ödəməlidir. Bu günə qədər tərəflər danışıqların növbəti raundu barədə razılığa gəliblər. Kuleba özü az da olsa, nikbin olduğunu bildirib.