Ukrayna Milli Polisi Rusiya Federasiyasının "bir sıra ağır cinayətlər" planlaşdıran iki vətəndaşının tutulduğunu elan edib.
"Kiyevdəki strateji istintaq idarəsinin əməliyyatçıları Rusiya Federasiyası vətəndaşlarının paytaxta gəldikləri və bir sıra ağır cinayətlər planlaşdırdıqları barədə məlumat alıblar", - Qaynarinfo xəbər verir ki, bu sözlər polisin açıqlamasında yer alıb.
Polis tutulan şəxslərin silahlı qruplaşmaların üzvü olduqlarını, Rusiya xüsusi xidmət orqanlarında çalışdıqlarını və müxtəlif ölkələrdə hərbi qarşıdurmalarda iştirak etdiklərini iddia edib.
Hazırda onların ölkədən deportasiya edilməsi üçün materiallar hazırlanır.
Alpər
Şərhlər