Xəbər lenti

Ukrayna Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan edir
Dünya 12:25 30.11.2018

Ukrayna Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan edir

Ukrayna Rusiya vətəndaşlarının ölkəyə girişinin qadağan ediləcəyini açıqlayıb.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, bu barədə sərhəd təşkilatının sədri Petro Tsiqikal məlumat verib. Qadağa 16-60 yaşlı kişilərə tətbiq ediləcək. 

Qeyd edək ki, qadağaya səbəb kimi ötən günlərdə Kerç boğazında Rusiya ilə yaşanan gərginlik göstərilir. Ukrayna hərbi gəmilərini sərhədi pozmaqda ittiham edən Rusiya atəş açmış, 6 ukraynalı hərbçi yaralanmışdı.

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->