Dünya 16:34 28.01.2021

Ukrayna üçüncü erməni jurnalistin ölkəyə girişini qadağan edir

NTV-də yayımlanan "Beynəlxalq pilorama” proqramının aparıcısı Tiqran Keosayanın Donetskə qanunsuz səfərinə görə Ukraynaya girişinə qadağa qoyula bilər.
 
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko məlumat verib.

Diplomat, bundan əvvəl Kiyevin "Rossiya Seqodnya" və RT telekanalının baş redaktoru Marqarita Simonyan, habelə "Radio Moskva”nın baş redaktoru Roman Babayanın ölkəyə girişini qadağan edildiyini xatırladıb.

Dekabr ayında qaradərili müğənni Pyer Narsis Tiqran Keosayanı onun "Şokaladlı dovşan” mahnısından istifadə edərək ABŞ-ın keçmiş prezidenti Barak Obamanın parodiya etməsinə görə tənqid edib. Sənətçi bunu "debilizm” adlandırıb və Keosayanı güzgüyə baxmağa, özünün də "həm ağ, həm də rus olmadığını" xatırlamağa çağırıb.
 
Alpər