Ukraynanın Jitomirsk vilayətində naməlum şəxslər Azərbaycan vətəndaşını güllələyiblər.
Qaynarinfo xəbər verir ki, xəbər verir ki, bu barədə "UNN” portalına hüquq-mühafizə orqanlarından bildirilib.
İnsident "Kamennıy Brod” kəndindəki daş emalı zavodlarının birində qeydə alınıb. İki naməlum şəxs odlu silahla bu müəssisənin işçisinə atəş açıblar. 1987-ci il təvəllüdlü azərbaycanlı hadisə yerində dünyasını dəyişib.
Cinayətkarlar motosikletə minərək hadisə yerindən qaçıblar.
Faktla bağlı cinayət işi açılıb.
(Qafqazinfo)
Şərhlər