Ukrayna Ali Radasının xanım deputatı Darya Volodina "erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsini qeydə alıb.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, prezident Vladimir Zelenskinin başçılıq etdiyi "Xalqın qulu” (Sluqa naroda) partiyasının üzvü olan Volodina təşəbbüsünün gündəliyə salınmasına nail olub.
Deputat 1991-ci il aprelin 16-da Donetsk şəhərində anadan olub. 2019-cu il iyulun 21-də "Xalqın qulu” partiyasının 65 nömərli namizədi kimi Radaya üzv seçilib. Darya Volodina maliyyə, gömrük və vergi komitəsinin üzvüdür.
Xatırladaq ki, son 10 ildə ermənilər artıq 4-cü dəfədir ki, "erməıni soyqırımı”nı Radada qəbul etdirməyə çalışıblar. 2013,2015 və 2019-cu illərdə bu qanunverici təşəbbüslər Ukrayna deputatları tərəfindən rədd edilib.
Şərhlər