Foto 17:37 11.06.2019

Ulduz futbolçu özü üçün "son gecə" təşkil edir (FOTOLAR)

Amiotrofik skleroz (ALS) xəstəliyindən əziyyət çəkən hollandiyalı sabiq futbolçu Fernando Riksen özü üçün "son gecə" təşkil edir.

Qaynarinfo RT.com-a istinadən xəbər verir ki, 42 yaşlı Riksen bu barədə "Twitter" hesabı vasitəsilə müraciət ünvanlayıb. Sabiq futbolçunun "son gecəsi" 28 iyunda Qlazqouda yerləşən "GoGlasgow Urban Hotel"də baş tutacaq. 

2013-cü ildən bəri xəstəlikdən əziyyət çəkən Fernando Riksenin çəkisi son dövrlərdə 38 kiloya qədər düşüb. Beyindən əzələlərə impulsları ötürən neyronların məhv olması ilə müşahidə edilən xəstəliyə yoluxanlar əksər hallarda 5 il ərzində həyatlarını itirir. 

Qeyd edək ki, əfsanəvi futbolçu 2000-2006-cı illərdə Şotlandiyanın "Reyncers" klubunda 250 oyuna çıxıb. Daha sonra Rusiyanın "Zenit"nə keçən Riksen xəstəliyi səbəbilə kariyerasına son qoyub.

Gülşən