Unudulmuş “Mozalan”nın yenidən efirə qayıtması yaxşıdır - Çingiz Abdullayev (FOTO)

Unudulmuş “Mozalan”nın yenidən efirə qayıtması yaxşıdır - Çingiz Abdullayev (FOTO)

Xalq yazıçısı Çingiz Abdullayev özünün social şəbəkələrindəki səhifəsində yenidən efirə qayıdan "Mozalan” verilişinin videosunu paylaşıb.  

Bununla bağlı Qaynarinfo-ya açıqlama verən yazıçı verilişlə bağlı fikirlərini belə şərh edib:

"Unudulmuş "Mozalan”nın yenidən efirə qayıtması və canlanacağı yaxşıdır. Gülüş ən qorxunc silahdır. Sağaltması çətindir, amma səni düşündürə bilər”. 

Qeyd edək ki, 2021-ci ilin yanvar ayında Azərbaycan Televiziyası və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə "Mozalan”ı yenidən dirçəltmək barədə qərar qəbul olunub. 

Qərarda, "Mozalan” satirik kinojurnalı uzun bir fasilədən sonra, 50 illik yubileyi ərəfəsində aprel ayından başlayaraq yenidən yayımlanmağa başlayıb. 

Videoçarxın ssenari müəllifi və redaktoru İlqar Fəhmi, ”Mozalan” studiyası tərəfindən yaradıcı heyətin rəhbəri isə Əlisəttar Quliyevdir. 

İlk buraxılışı 14 aprel 2021-ci ildə Azərbaycan Televiziyasında yayınlamışdır. Hər şənbə saat 21:30-da efirə gedir.
 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR