Uşaqlar yanğın törətdi, Bakının bir hissəsi işıqsız qaldı (VİDEO)

Uşaqlar yanğın törətdi, Bakının bir hissəsi işıqsız qaldı (VİDEO)

Bu gün təxminən 15:00 radələrində Bakının Xətai rayonu işıqsız qalıb. 

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb quru otun yandırılması olub. Nəticədə bir neçə elektrik kabeli yanıb.

Hadisə zamanı baş verən yüngül partlayış insanları təşvişə salıb. 

Hadisə şahidlərinin sözlərinə görə, quru otu uşaqlar yandırıb. Yanğın nəticəsində Gəncə prospektindəki bir neçə məhəllə işıqsız qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və "Azərişıq” ASC-nin əməkdaşları cəlb olunub. Elektrik enerjisinin bərpa olunacağı vaxt məlum deyil.

XƏBƏRLƏR
BLOGLAR