Xəbər lenti

Ramil Usubov və Zakir Qaralov avtoritetləri qəbul etmədi
Ölkə 16:37 21.02.2018

Ramil Usubov və Zakir Qaralov avtoritetləri qəbul etmədi

Ötən gün Rusiyanın Kaluqa həbsxanasında cəza çəkən azərbaycanlı kriminal avtoritetlər Ruslan Nəzərli (Bərdəli Ruslan) və onun qardaşı Dadaş Nəzərli (Bərdəli Dadaş) hakim önünə çıxarılıb.

Axar.az "Kraym Taym”a istinadən xəbər verir ki, təşkil olunan məkhəmədə avtoritet qardaşların Rusiya Federasiyası məhkəməsindən Azərbaycan məhkəməsinə ekstradisiyası müzakirə olunub. Məlumata görə, göndərilən sorğuya Azərbaycan tərəfi mənfi cavab verib. Belə ki, Daxili İşlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralov məsələ ilə bağlı məhkəməyə ünvanlanan məktubda adıçəkilən şəxslərin oğru dünyası ilə sıx əlaqədə olduqları və buna görə də onların Azərbaycana ekstradisiyasının yolverilməz olduğunu bildiriblər.

Qeyd edək ki, Ruslan Nəzərli Kaluqa şəhər Məhkəməsinin qərarı ilə Rusiya Cinayət Məcəlləsinin 318-ci (dövlət məmuruna qarşı zorakılıq), 209-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma) və 163-cü yəni (quldurluq) maddəsi ilə təqsirli bilinərək, 10,5 il azadlıqdan məhrum edilib. Dadaş Nəzərliyə isə eyni maddələrlə 11,5 il cəza verilib.

Ruslan və Dadaş qardaşları azərbaycanlı kriminal aləm nümayəndələri tərəfindən qəbul edilən avtoritetlərdir. Onlar mərhum qanuni oğru Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->