Xəbər lenti

Vahid Mustafayevə qarşı dələduzluq edən qadın həbs edildi
Ölkə 22:51 07.09.2017

Vahid Mustafayevə qarşı dələduzluq edən qadın həbs edildi

ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayevin saat şəbəkəsi olan “VMF” firmasına külli miqdarda pul atmaqda təqsirli bilinən Səbinə Əsgərovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

"Qaynarinfo" Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Səbinə Əsgərovanın barəsində seçilən polis nəzəratində qətimkan tədbiri dəyişdirilib. O, 8 il müddətə azadlıqdan məhrum edilib.

Səbinə Əsgərovanın barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, Səbinə Əsgərova hamilə olub.

İttihama görə, Səbinə Əsgərova “VMF”-ə 34 min manat dələduzluq etməkdə təqsirli bilinib.

O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->