“Vaksin yoluxanlara 6 aydan sonra deyil, daha tez vurula bilər“ - Professor

“Vaksin yoluxanlara 6 aydan sonra deyil, daha tez vurula bilər“ - Professor

Bunu anlamaq lazımdır, xəstəlik istənilən səviyyədə immunitet yaratmır. Mən xəstəliyi keçirmişəm deyib arxayın olmayın. Xəstələrimiz arasında üçüncü dəfə infeksiyaya yoluxanlar var. Xəstəlik keçirənlərdə yaranmış immunitet onları 6 ay qoruyur. Hətta xəstəxanamızda xəstəlikdən 2 ay sonra yenidən əziyyət çəkən insanlara rast gəlinir. Xəstəlik keçirənləri və vaksin olunanları nəzərə alıb yumşaltmaya getsək, vəziyyət gərginləşə bilər. Hindistan bunu etdi və böyük bir partlayış yaşandı.

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli professor Mehmet Ceyhan məlumat verib. Ekspert peyvənd və karantin tədbirlərini birgə davam etdirməyin vacibliyini qeyd edib:

"Mutant virusun yayılmasından sonra yenidən yoluxma halları qeydə almışıq. Odur ki, vaksin virusa yoluxanlara 6 aydan sonra deyil, daha tez vurula bilər.

Karantin tədbirləri aradan qalxarsa və ya xalq arxayınlaşarsa, qısa müddətdə böyük bir partlayış yaşaya bilərik. Bütün bunlar riski artırır. Artıq sonunda işığın göründüyü tuneldəyik. Əhalinin 70-75 faizini nə qədər erkən peyvəndləsək, bir o qədər tez xilas olacağıq”.
X
XƏBƏRLƏR
BLOGLAR