Xəbər lenti

Ölkə 22:41 10.06.2021

"Vaksinasiyadan keçməyən müəllimlər nə olacaq?"

"Sual olunur ki, vaksinasiyadan keçməyən müəllimlər nə olacaq? Vaksinasiyadan keçməyən təhsil işçilərinin yoluxma və yoluxdurma riski böyükdür”.

Qaynarinfo xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" hesabında ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, hər bir vətəndaş çalışmalıdır ki, özünün sosial məsuliyyətini dərk etsin və tez bir zamanda vaksinasiyadan keçsin:

"Bu, sentyabr ayında ənənəvi tədrisə qayıtmağın ən qısa yoludur. Vaksinasiyada iştirak edən vətəndaşlarımıza, müəllimlərimizə öz təşəkkürümü bildirirəm”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->