Müğənni Natavan Həbibi bəstəkar Vaqif Gərayzadə ilə küsülü imiş.
Axşam.az-ın məlumatına görə, bu haqda ifaçı "3 canlı" verilişində deyib. O bildirib ki, artıq 1 ildir küsülüdürlər:
"Vaqif Gərayzadə ilə bir ildir danışmırıq. Bunu şişirtmək üçün, yayılsın deyə demirəm. Bizim aramızda ata-bala münasibəti olub həmişəm. Mən kiməm ki, ondan inciyim. Bunu sadəcə, deyirəm".
Qeyd edək ki, V.Gərayzadə Natavanın ilk səhnəyə gələndə çalışdığı "W-trio" qrupunun yaradıcısı olub.
Şərhlər