Naxçıvan Muxtar Respublikası gənc istedadlarının "Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 150 manat müəyyən edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncama əsasən, "Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 25 sentyabr tarixli 151-04/S nömrəli sərəncamının 2-ci hissəsində "120” rəqəmləri müvafiq olaraq "150” rəqəmləri ilə əvəz edilsin.
Naxçıvan MuxtarRespublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.
Şərhlər