Ölkə 20:55 26.11.2020

Vasim Məmmədəliyev adına təqaüd təsis ediləcək

Qafqaz Müsəlmanları İdarəsi Vasim Məmmədəliyev adına təqaüd təsis edəcək.

APA-nın məlumatına görə, bunu "Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransında Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov deyib.

O bildirib ki, təqaüd Azərbaycan İlahiyyat İnstitutunun yaxşı nəticələr göstərən 3 tələbəsinə təqdim olunacaq.

Rektor buna görə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxüslam Allahşükür Paşazadəyə təşəkkürünü bildirib.