Vəkil: “Hər bir sərnişin maska taxmayan şəxslərə iradı bildirməlidir”

Vəkil: “Hər bir sərnişin maska taxmayan şəxslərə iradı bildirməlidir”

Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Bakıda tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı metropoliteninin də fəaliyyəti iyulun 20-dək dayandırılıb.

Bu zaman əsas yük şəhərdaxili marşrut və ekspres xətt avtobuslarının üzərinə düşür.

Sosial şəbəkələrdə avtovuslarda qoruyucu tibbi maskadan istifadə etməyən sərnişinlərin olması ilə bağlı fotolar paylaşılır.

Vəkillər Kollegiyasının üzvü Yeganə Məmmədova "Report”a açıqlamasında bildirib ki, bu cür foto və videoların yayılmasının özü də bir qınaq vasitəsidir.



"Maskadan istifadə etmədiyinə, sosial məsafə qaydalarına riayət etmədiyinə görə sosial şəbəkələrdə foto və videolarının yayıldığını görən vətəndaş, çox güman ki, növbəti dəfə belə hallara yol verməkdən çəkinəcək.

Lakin bu çəkilişləri edən vətəndaş öz üzərinə düşən işin bundan ibarət olmadığını da bilməlidir. Təsadüfi deyil ki, aidiyyatı qurumlar özləri virusun daha geniş yayılmasının qarşısının alınmasının vətəndaş məsuliyyətindən asılı olduğunu bildirirlər.

Belən olan halda isə hər bir vətəndaş tətbiq edilən qaydalara riayət etməklə yanaşı, bu qaydanı pozanlara da öz iradlarını bildirməlidir. Hesab edirəm ki, fərdi qaydada aparılan maarifləndirmə daha faydalıdır.

Odur ki, hər bir vətəndaş qaydalara riayət etməyən şəxləri gördükdə də onlara etiraz etməli, bu cür halların xəstəliyin daha geniş yayılmasına şərait yaratdığını bildirməlidir. Ümumiyyətlə bu bəladan qurtulmağın yollarından biri də məsuliyyətli olmaqdan asılıdır” – deyə vəkil bildirib.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR