Xəbər lenti

Venesuela bu ölkənin səfirini
Dünya 10:27 26.01.2018

Venesuela bu ölkənin səfirini "arzuolunmaz şəxs" elan etdi

Venesuela hökuməti İspaniya səfirini ölkənin daxili işlərinə qarışması səbəbindən "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri Xorxe Arresa açıqlama verib.

Digər bir tərəfdən isə İspaniya bu həftə venesuelalı 7 yüksək vəzifəli şəxsə qarşı iqtisadi və səyahət qadağası qərarını alan Avropa Birliyi ölkələri arasında yer alıb.

Qeyd edək ki, Venesuela hökuməti ötən ay Braziliyanın Karakasdakı səfiri Ruy Pereira ilə kanadalı diplomat Kreiq Kovaliki də ölkənin daxili işlərinə qarışdıqları üçün "arzuolunmaz şəxslər" siyahısına salmışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->