Vərəm xəstələri arasında koronavirusa yoluxma hansı səviyyədədir? (AÇIQLAMA)

Vərəm xəstələri arasında koronavirusa yoluxma hansı səviyyədədir? (AÇIQLAMA)

Koronavirusa yoluxmuş vərəm xəstələri arasında dərmanlara həssas və davamlı olanlar var.

Qaynarinfo xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.

"Respublikada müştərək Vərəm/Covid-19 infeksiyalı xəstələrin müalicəsi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) nəzdində fəaliyyət göstərən Xüsusi Təhlükəli infeksiyalar şöbəsində həyata keçirilir. 2020-2021-ci illər ərzində ETAXİ-nin həmin şöbəsində Vərəm/Covid-19 koinfeksiyalı xəstələr stasionar müalicədə olub, onların arasında həm vərəmin dərmanlara həssas forması, həm də vərəmin dərmanlara davamlı forması olan xəstələr müəyyən edilib", - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Azərbaycanda 1448 nəfər koronavirusa yoluxub, 11 nəfər isə infeksiya səbəbindən həyatını itirib. Ümumilikdə isə 496 min 780 nəfər COVID-19 infeksiyasına yoluxub və 6720 nəfər virusa görə dünyasını dəyişib. Hazırda, ölkə üzrə 13 min 831 aktiv koronavirus xəstəsi var.

XƏBƏRLƏR
BLOGLAR
X