Kolumbiyada vergi islahatlarına qarşı keçirilən etiraz aksiyaları zamanı 58 nəfər həlak olub.
Qaynarinfo xəbər verir ki, bu haqda ölkənin Ombudsman ofisinin mesajında bildirilib.
Ombudsmanlıq həmçinin polis tərəfindən insan haqlarının pozulması, döyülmə, qanunsuz həbs və digər pozuntularla bağlı 400-dən çox iddia qaldırıldığını açıqlayıb. Hüquq müdafiəçiləri deyir ki, etirazçıların 45-nin ölümündə polisin birbaşa iştirakı var. "Human Rights Watch” polisin nümayişçiləri güllələdiyi 9 hadisəni və 4 nümayişçinin gözyaşardıcı qazdan və digər xüsusi texnikadan öldürüldüyünü sənədləşdirib.
Kolumbiyadakı etirazlar aprel ayının sonlarında başlayıb. Mitinq iştirakçıları hökumətin koronavirus pandemiyası ilə necə mübarizə apardığından narazıdır. Prezident İvan Duqenin nazirlər kabineti kommunal xidmətlər, yanacaq, əmək haqqı və təqaüd vergilərini artırmağa çalışıb, lakin nümayişlər başladıqdan sonra layihədən imtina edib.
Alpər
Şərhlər