Xəbər lenti

Vətən müharibəsi şəhidi doğum günündə anıldı (FOTOLAR)
Ölkə 18:33 22.01.2022

Vətən müharibəsi şəhidi doğum günündə anıldı (FOTOLAR)

Bu gün Lənkəranın Vətən müharibəsi şəhidlərindən olan evin - ailənin 3 övladından biri, subay, 2 medallı Əmrah Yusif oğlu Cəfərlinin cənnətdəki ikinci ad günü, 25 yaşının tamam olması ilə bağlı Şirinsu kəndində, şəhidin ailəsinin yaşadığı evdə mərasim keçirilib.

Qaynarinfo xəbər verir ki, Şirinsunun Vətən müharibəsində tək şəhidi olan Əmrah Cəfərli 1997-ci ilin yanvar ayının 22-də sadə bir ailədə dünyaya gəlib. Əmrah müharibə zamanı Xocavənd uğurunda döyüşlərdə - oktyabrın 15-də, 23 yaşında qəhrəmancasına həlak olub. Nəşi bir gün sonra, oktyabrın 16-da Şirinsu qəbiristanlığında dəfn edilib.

Bu gün Lənkərandan, Masallıdan və Bərdədən olan şəhid ailələri Əmrah Cəfərlinin ailəsini, ocağını ziyarət ediblər. Onlar şəhidin ailəsinə bir daha başsağlığı verib, Allahdan səbr diləyib, Əmrah Cəfərlinin cənnətdəki ikinci ad gününü təbrik ediblər.

Şəhidin ailəsi də öz növbəsində şəhid övladının ad günü ilə bağlı onları ziyarətə gələnlərə, mərasimə qatılanlara, şəhid ailələrinə öz minnətdarlıqlarını bildirib, belə bir gündə onları tək buraxmadıqları üçün təşəkkür ediblər.

Qeyd edək ki, mərasimdə şəhidin adına ehsan süfrəsi açılıb.

Onu da qeyd edək ki, şəhidin doğum günü mərasiminə Etikxeber.az-ın baş redaktoru, jurnalist Kamil Həmidoğlu da qatılıb və şəhid ailəsindən reportaj hazırlayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->