Xəbər lenti

Vətən müharibəsində itkin düşmüş zabitimizin şəhid olduğu müəyyənləşdi
Foto 23:47 14.01.2021

Vətən müharibəsində itkin düşmüş zabitimizin şəhid olduğu müəyyənləşdi

Vətən müharibəsində itkin düşmüş 28 yaşlı baş leytenant Abdullazadə Həsənağa Şakir oğlunun şəhid olduğu məlum olub.

Qaynarinfo xəbər verir ki, Həsənağa Abdullazadə 3 ay idi ki, itkin hesab edilirdi.

Onun bu gün şəhid olduğu müəyyənləşib. Şəhid II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Həsənağa Abdullazadə 1993-ci ildə Lənkəran şəhərində doğulub. Ailəli idi.

Ailəsi onunla sonuncu dəfə oktyabrın 1-də danışıb.

O, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Allah rəhmət eləsin!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->