Xəbər lenti

Vətəndaşdan icra başçısına ağır ittiham (FOTO/VİDEO)
Foto 10:36 18.08.2020

Vətəndaşdan icra başçısına ağır ittiham (FOTO/VİDEO)

Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin rayon sakininə məxsus torpaq sahəsini ələ keçirdiyinə dair iddialar var.

Qaynarinfo xəbər verir ki, rayon sakini Elşən Mənsimli "Qafqazinfo”ya müraciət edərək bildirib ki, rayonun Gərənə kəndində yerləşən və atası Nəbi Abdullayevə məxsus "Kəpəz” kooperativinin mülkiyyətində olan 2 hektar torpaq və onun üzərində yerləşən kərpic zavodu, çörək sexi, anbar, 225 kvadratmetr mağaza, hasar və darvazanı uçurub, söküntü materiallarını da aparıblar:

"Həmin obyektlər bir ay öncə "Tovuz hadisələri” zamanı sökülüb. Əvvəlcə içindəki obyektləri söküblər, sonra hasarı söküb aparıblar. Mən maraqlandım və məlum oldu ki, rayon icra başçısı Vidadi İsayev 2013-cü ildə bizim məlumatımız olmadan saxta yolla torpağı öz yaxın qohumu Eldarın adına özəlləşdirib. Mən onun qəbulunda oldum, dedi ki, "düz eləmişəm, özəlləşdirmişəm”.

Torpağın saxta yolla özəlləşdirilməsində Gərənə bələdiyyə sədri Ələmdar Ələsgərov ona kömək edib. Ələmdar Ələsgərov da indi mənə deyir "bir səhvdir də etmişəm”. Qarabağ müharibəsi zamanı bu müəssisə Qızıl Aypara Cəmiyyəti ilə məcburi köçkünlərə çörək bişirib paylayıb. Bizim torpağa və obyektlərə dair bütün sənədlərimiz var, amma torpağımız əlimizdən alınıb”.

Rayon icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Bəxtiyar Abdıyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı vətəndaş Elşən Mənsimli onun qəbulunda olan və sənədlərinə baxış keçirib: "Onun torpağa dair köhnə, lap əvvəldən sənədləri var idi. O sənədlərə görə də torpaq Elşən Mənsimlinindir”.

 

Vidadi İsayevin köməkçisi Anar Hətəmov, müavinləri və digər şöbə müdirlərinin saytda qeyd olunan nömrələrin bəzilərinə zəng çatmır, bəziləri də zənglərə cavab verməyiblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->