Ölkə 15:44 02.05.2021

Vəzifədə olarkən vəfat edən azərbaycanlı nazirlər (SİYAHI)

Xəbər verdiyimiz kimi, Gənclər və İdman naziri Azad Rəhimov 56 yaşında vəfat edib.

O, vəzifədə olarkən vəfat edən 3-cü nazirdir.
 


2017-ci ildə energetika naziri Natiq Əliyev vəzifədə olarkən rəhmətə gedib.

O, 70 yaşında ürək tutmasından dünyasını dəyişib. 
 


Digər dövlət məmuru isə Yavər Camalovdur. Müdafiə sənayesi naziri 2018-ci ildə 65 yaşında xərçəng xəstəliyindən vəfat edib.//bizim.media