Xəbər lenti

VHP VIII Qurultayını Onlayn qaydada keçirəcək
Foto 14:51 10.02.2021

VHP VIII Qurultayını Onlayn qaydada keçirəcək

Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyası qurultaya hazırlaşır.

Qaynarinfo xəbər verir ki, partiyanın VIII qurultayı pandemiya şərtlərinə uyğun olaraq onlayn qaydada keçirəcək. Fevralın 14-də keçiriləcək qurultaya partiyanın 76 bölgə və bir Muxtar Respublika təşkilatından 400 nümayəndə seçilib.
 
Qurultayda partiyanın qurultaylararası dövrdə fəaliyyəti, ölkədəki ictimai siyasi durumun müzakirə ediləcək və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılacaq.

Bəs, partiyanın hazırkı sədri Sabir Rüstəmxanlı yenə namizədliyini irəli sürəcəkmi?

Partiyanın İcra Aparatının rəhbəri Samir Əsədlinin Qaynarinfo-ya verdiyi məlumata görə, bütün namizədlər qurultayda irəli sürüləcək.

Bahar Rüstəmli

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->