Macarıstan Prezidenti Yanoş Aderin imzaladığı fərmanla Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev yüksək hökumət mükafatı – “Xidmətlərə görə” ordeninin komandor dərəcəsi ilə (II dərəcə) təltif edilib.
"Qaynarinfo" AzərTAc-a istinadən xəbər verir ki, bu barədə məlumat rəsmi hökumət bülletenində dərc olunub.
Səfir bu mükafata Macarıstan ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafındakı səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qaynarinfo.Az
Şərhlər