“Virtual qəbul otağı”nda növbəti canlı yayım olub

“Virtual qəbul otağı”nda növbəti canlı yayım olub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz işini qlobal pandemiya ilə əlqədar ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə davam etdirir.

Aprelin 1-də komitənin rəsmi Facebook səhifəsində "Virtual qəbul otağı”nın növbəti canlı yayımı gerçəkləşdirilib. Səhifənin izləyicilərinə əvvəlcədən bildirildiyi kimi, bu dəfəki canlı yayımda vətəndaşların müraciətlərini komitənin "Miqrasiya, məskunlaşma, status və sosial təminat” şöbəsi müdirinin müavini Xəyyam Hüseynov cavablandırıb. Canlı yayıma komitənin mətbu orqanı olan "Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev moderatorluq edib.

Saat 12.00-da başlanan  və bir saat davam edən canlı yayım  zamanı səhifənin rəy bölməsinə 160-a qədər vətəndaşın müraciəti daxil olub. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminat, kommunal xidmətlər, qeydiyyat və s. məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib və onların əksəriyyəti  dərhal cavablandırılıb.  Araşdırılması müəyyən vaxt tələb edən müraciətlərin müəlliflərinə özləri haqqında məlumatı və əlaqə üçün telefon nömrəsini mesaj vasitəsilə səhifənin administratoruna göndərmək təklif olunub. Həmin müraciətlərin mövcud qanunvericilik çərçivəsində cavablandırılacacağı bildirilib.

"Virtual qəbul otağı”nda canlı yayımın getdiyi müddətdə, komitənin aparat rəhbəri Eldar Zeynalovun videoqəbulu da keçirilib. Aparat rəhbəri  əvvəlcədən qəbula yazılmış  40-dan çox vətəndaşla görüntülü danışıb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Xüsusi karantin rejiminin davam etdiyi müddətdə komitənin vəzifəli şəxslərinin videoqəbulu və "Virtual qəbul otağı”ndan vaxtaşırı canlı yayımlar təşkil olunacaq. Bu barədə komitənin rəsmi Facebook səhifəsində əvvəlcədən müvafiq məlumat yerləşdiriləcəkdir.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR