Övladlarını tanımayan ata: “Həbsxanada özümü evdəki kimi hiss edirəm” (VİDEO)
ARB TV-nin "Rezonans” proqramında bu dəfə 1982-ci il 20 fevral doğumlu Yaşar Pirməmmədov öz həyat hekayəsini danışıb.
Yaşar Pirməmmədov - Məhkum (9 il, 6 ay): "3 övladım var. Rusiyanın Moskva şəhərində həbs edilmişəm. İşləmək üçün getmişdim, elə oldu ki, iş alınmadı, getdim soyğunçuluq etdim. 5 nəfər idik, söhbət düşdü ki, gedək belə bir iş törədək, mən də getdim. Qanunsuz kazino var idi, biz də düşündük ki, oranı soysaq bizə cəza verilməz, amma belə olmadı. Silahla daxil olduq içəri, hamısını yerə uzandırıb pulları yığıb apardıq.
Bir müddət Rusiyada həbsxanada qaldım. Orada vəziyyət çox çətin idi. Donuz əti verirdilər, heç kim yemirdi o əti. Divarlardan su axırdı, xəstəlik baş alıb gedirdi. Burada isə vəziyyət yaxşıdır, özümü evimdə kimi hiss edirəm.
Övladlarım gələndə yanıma onları tanımıram artıq. İlk dəfə qızım məni tanıdı. Onlar mənə baxır, mən onlara. Onlar məni tanımır, mən də onları. Maşallah böyüyüblər, böyük övladımın 13 yaşı, balacanın isə 10 yaşı var.
Neçə ildir uşaqlarım atasız qalıb, bu divarlar arasında illərdir peşmançılıq çəkirəm. Amma bundan asılı olmayaraq cəzamızı çəkməliyik.
Azərbaycana ekstradisiya olunana qədər 7 dənə həbsxana gördük. Hərəsində 1 həftə, 10 gün qalırdıq. 7 nəfərlik kameraya 15-20 nəfər salırdılar, işgəncə əzab verirdilər”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər