Ölkə 23:35 07.11.2019

Övladlığa verilmə ilə bağlı yeni modullar hazırlandı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə altsisteminin 10 modulu olacaqValideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə altsisteminin 10 modulu olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə altsisteminin iki modulu artıq hazırdır.

Nazirlikdən verilən xəbərdə bildirilir ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə altsisteminin 10 modulu olacaq. Bu modullardan "Övladlığa götürmə hüququmun yoxlanılması" və "İstəklərimə uyğun uşaq – yoxla" modulu artıq hazırdır. Digər "Ərizələrim", "Müraciətlərim", "Valideyn-namizədlə müsahibələr", "Mənzil şəraitinin yoxlanılması", "Təlimlər", "Uşaqla müəssisədə görüş", "Sınaq müddətində evdə yerləşdirmə", "Monitorinq" modulları isə ilin sonunadək hazırlanaraq istifadəyə veriləcək.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə olmaqla ƏƏSMN-in mərkəzləşdirilmiş elektron informasiya sistemində "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsistemi yaradılır. E-sistem bu ilin ikinci yarımilində istifadəyə verilərək, övladlığagötürmə üzrə idarəçiliyin və xidmətlərin e-qaydada təşkilini təmin edəcək.