Xəbər lenti

Texnologiya 22:47 22.04.2018

"Volkswagen" öz-özünü park edən avtomobil hazırlayır

"Volkswagen" şirkəti öz-özünə park edən avtomobil layihəsi üzərində çalışır.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 2020-ci ilə qədər "VW" qrupuna daxil olan, yəni Audi, Prorche, Lamborghini, Bentley və s. modellərdə bu xüsusiyyətin olması gözlənilir. Şirkət bildirir ki, Nyu Yorkda insanlar hər il 100 saat, ingilislər isə 44 saat parkinqə vaxt sərf edir. 

"Volkswagen" rəsmilərindən Yohan Canqvörsz qeyd edir ki, avtomativ parkinq xidməti sürücülər üçün stressiz səfərə şərait yaradacaq, bu səbəblə bu xüsusiyyətin daha geniş yayılmasına, daha çox insanın istifadəsinə verilməsinə çalışırlar. 

Hazırda qapalı qarajlarda sınaq həyata keçirilir və minlərlə parkinq manevrləri test edilir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->