Texnologiya 14:33 08.01.2021

WhatsApp istifadəçiləri müqavilədə bu bəndlə razılaşmasa... - Yeni əlavə

WhatsApp-ın istifadəçi ilə müqaviləyə əlavə olunan yeni qaydaya görə, istifadəçi şəxsi məlumatlarını Facebook-a verməlidir.
 
Qaynarinfo xəbər verir ki, yeni əlavəyə əsasən messencer korporasiyanın bir hissəsi olaraq bütün məlumatları tətbiqetmə ailəsi ilə paylaşacaq. 
 
Mətndən göründüyü kimi, bu, fərdi reklam seçimi üçün xidmətin işini yaxşılaşdıracaq.
 
Yeni bəndə görə "Facebook” şirkətinin bir parçası olan "WhatsApp” öz istifadəçilərinin zövqlərini, vərdişlərini təhlil etmək üçün onların şəxsi məlumatlarını şirkətin "bütün əlavələr ailəsi”lə paylaşacaq. Belə ki, həmin məlumatların hər istifadəçi üçün fərdi reklam zərfi seçmək, ona ən uyğun xidmətlər göstərmək üçün zəruri olduğu bildirilir.
 
Alpər