Xəbər lenti

Texnologiya 10:43 12.06.2020

"WhatsApp" istifadəçiləri üçün yeni funksiya yaradılır

Məşhur "WhatsApp" mesajlaşma şəbəkəsi istifadəçilərinə daha bir yenilik edir.

Qaynarinfo xəbər verir ki, bu dəfəki yenilik axtarışla bağlıdır.

Belə ki, "WhatsApp” messencerinin yaradıcıları mesajı tarixə görə tapmağı imkan verəcək yeni funksiyanı yoxlayırlar. Yeni funksiya sınaqdan uğurla çıxarsa istifadəçilər platformada daxil olan və ya göndərilən mesajları rahat tapmaq üçün tarixi yazmaqla axtarış edə biləcək.
 
Yenilik axtarışın keyfiyyətini artıracaq.

Qeyd edək ki, bundan əvvəl, "WhatsApp” messenceri qrup zəngləri istifadəçilərinin limitini iki dəfə artırıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?