“WhatsApp” “Twitter”i ötdü

“WhatsApp” “Twitter”i ötdü

"WhatsApp" messenceri istifadəçi bazasına görə "Twitter" mikrobloqlar xidmətini ötüb.

Bu haqda aprelin 16-da "D: Dive Into Mobile" konfransında "WhatsApp"ın direktoru Yan Kum deyib. Lakin o, messencerin istifadəçilərinin sayını dəqiq açıqlamayıb.

Xatırladaq ki, "Twitter"in aylıq aktiv auditoriyası 200 milyona bərabərdir. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, messencer göndərilən mesajların sayına görə "Facebook" sosial şəbəkəsini üstələyir. Sözügedən messencerin istifadəçiləri hər gün 8 milyard mesaj qəbul edir və 12 milyard mesaj göndərir.

"Facebook" gün ərzində təxminən 10 milyard mesaj emal edir. Yan Kum, həmçinin vurğulayıb ki, "WhatsApp" rəhbərliyi messencerə reklam əlavə etməyə hazırlaşmır. "Kim reklamı sevir? Biz düşünürük ki, reklam telefonlar üçün deyil" – deyə o qeyd edib.

Bildirək ki, "WhatsApp" messenceri 2009-cu ildə "Yahoo!" şirkətinin keçmiş əməkdaşları tərəfindən yaradılıb. Tətbiq bir çox mobil platformalarda (Android, iOS, Symbian, Windows Phone, BlackBerry) əlçatandır və mesaj, foto, musiqi və videofayllar ilə mübadilə etməyə imkan verir.

Qaynar.info

XƏBƏRLƏR
BLOGLAR