"WhatsApp” "Apple” istifadəçiləri üçün yeni mühafizə sistemi tətbiq edib.
"Report” xəbər verir ki, İOS üçün yeni buraxılan paket "Touch İD” və ya "Face İD” vasitəsilə mesenceri açmaq imkanını verir. Beləliklə, hətta başqasının telefonuna girməklə də "WhatsApp”a daxil olmaq mümkün olmayacaq.
Bunun üçün yeni mesencer versiyasının izahatında göstərildiyi kimi, "Parametrlər” – "Qeydiyyat” – "Məxfilik” komandaları verib ekranı blok düyməsini basmaq lazımdır.
Sözügedən mühafizə sistemi istənilən vaxt işə salına və söndürülə bilər.
Şərhlər