Hindistanda bir neçə dostun olduğu "Whatsapp" qrupu terrorla əlaqəli bir hadisə törətməkdə şübhəli bilinərək izlənilib və qrup haqqında araşdırma başladılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qrupu yaradıcısı qrupdan ayrıldığı üçün idarəçilik avtomatik olaraq digər bir üzvə keçib və Cüneyd adlı şəxs həbs edilib.
Bu "Whatsapp"da standart bir prosedur kimi görünsə də sistemdəki boşluq Hindistanda xoşəgəlməz nəticələrə gətirib çıxarıb. Gənc özünü müdafiəsinda qrupu yaradan şəxs olmadığını desə də Hindistan məhkəmələri onun etirazını qəbul etməyib.
Sözügedən məsələ dünya gündəminə düşüb. Gəncin terrorla əlaqəsinin olub-olmadığı hələlik məlum deyil.
O, artıq 5 aydır ki, həbsdədir. Məhkəmələr qrupun admini olub-olmamağından asılı olmayaraq qrup üzvü olduğu üçün onun sərbəst buraxılması məsələsini gündəmə gətirmir.
Şərhlər