Xəbər lenti

“WhatsApp”da növbəti yenilənmədə nələr olacaq?
Texnologiya 20:47 01.05.2018

“WhatsApp”da növbəti yenilənmədə nələr olacaq?

"WhatsApp” messencerində faydalı yenilənmə gözlənilir.

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, yenilənmə qrup çatlarına aid olacaq.

Bu funksiya qrup çatlarının yaradıcılarına seçilmiş istifadəçilər üçün məlumatlar göndərilməsini məhdudlaşdırmağa imkan verəcək. "Qrupu məhdudlaşdırmaq" o deməkdir ki, yalnız qrup administratorları mətn göndərə bilər. Qalan istifadəçilər isə onları yalnız oxuya biləcək.

Bundan başqa, qrup üzvünün "Message Admin" düyməsindən istifadə imkanı olacaq, bununla da göndərdiyi məlumatlar görünənə qədər administratorun icazəsini ala biləcək.

Administrator istifadəçilərin qrup haqqında informasiyaları, o cümlədən qrupun adını dəyişmək imkanlarını da məhdudlaşdırmaq səlahiyyətinə malik olacaq.

Messencerin dəyişikliklərini bütün iOS və Android qurğularında növbəti yenilənmədə görmək olacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->