Bir il bundan əvvəl "WhatsApp” şirkətinin eyniadlı messencerdə pulköçürmə sistemini tətbiq etməyə hazırlaşdığı məlum idi. İnternetdə pulköçürmə funksiyasına giriş əldə etmiş istifadəçinin ekran görüntüləri yerləşdirilib.
Qaynarinfo ICTnews-a istinadən xəbər verir ki, "WhatsApp” artıq Hindistanda ödəniş sistemini sınaqdan keçirir.
Ekran görüntülərində bu sistemi dəstəkləyən banklardan ibarət böyük siyahını görmək olar. Funksiyadan istifadə etmək üçün SMS kod vasitəsilə telefon nömrəsini təsdiq etmək və hesab açılmış bankı seçmək lazımdır.
Pulköçürməsi sistemi "Unified Payments Interface” (UPI) interfeysinə əsaslanır. İstifadəçilər bir-birinə pulu birbaşa messencerdə komissiyasız göndərə biləcəklər. İlkin mərhələdə messencer yalnız istifadəçilər arasında ödənişləri dəstəkləyəcək. Gələcəkdə şirkət messencerə Çinin "WeChat” messencerində olduğu kimi müxtəlif xidmətlərin ödənişini əlavə edə bilər (məsələn taksi, yaxud yemək sifariş etmək və ödəmək).
Şərhlər