Texnologiya 11:13 24.10.2019

"WhatsApp"dan növbəti dəyişiklik

"WhatsApp" mesajlaşma tətbiqetməsi yeni dəyişikliyə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, "WhatsApp" istifadəçilərini artıq icazəsiz qruplara əlavə etmək mümkün olmayacaq. İstifadəçilərin şikayətləri nəzərə alınaraq planlaşdırılan dəyişiklik tətbiq ediləndən sonra qrupa əlavə edilmək barədə seçim edə, qrupların qara siyahısını hazırlaya biləcəklər. Yeni qaydalar əlaqə siyahısında adı qeyd edilməyən şəxslərə də tətbiq ediləcək. 

Dəyişikliklərlə istifadəçiləri razı salmaq, həmçinin virtual saxtakarlıqların qarşısını almaq planlaşdırılır.

Gülşən