Foto 17:46 28.03.2020

Xaçmaz polisindən karantin rejiminə əməl etməyənlərə xəbərdarlıq (FOTO)

Ölkə ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanlarla profikatiki söhbətlər aparılır.

Bu barədə Qaynarinfo-ya DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi və elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanlarla profilaktiki söhbətlər aparılır, onların çölə çıxmamaları barədə tövsiyələr verilərək, yaşadıqları ünvanlara qaytarılması təmin olunur.

Həmçinin, polis əməkdaşları tərəfindən xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər və tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verilir.