Xəbər lenti

Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşdü (FOTO)
Ölkə16:18 10.07.2025

Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşdü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 10-na keçən gecə Rusiya ordusunun Kiyevə kütləvi hava hücumu zamanı kamikadze dronlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb.
Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, nəticədə səfirliyimizin yaxınlığındakı parklanma yerində 20-dən artıq avtomobil yanıb.
Qeyd edək ki, Kiyevə edilən çoxkombinasiyalı hava hücumunda azı 2 nəfər həlak olub, 20-dən çox insan xəsarət alıb. Ümumilikdə, əsas hədəf Kiyev olmaqla, Ukraynaya 400 dron və 18 ballistik və müxtəlif tipli raketlər atılıb.