Xaçmazda mineral gübrələr güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Xaçmazda mineral gübrələr güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Sentyabr ayından etibarən "Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də ammofos və nitroammofoska gübrələrinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Mineral gübrənin güzəştli qiymətlərlə səyyar satışı sentyabr ayının 20-21-də Xaçmazın Susay kəndində 2 gün təşkil ediləcək.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.

Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyata düşmək üçün 1652 Çağrı Mərkəzi və (+994 51) 255 93 83 əlaqə nömrəsinə müraciət edə bilərlər.
XƏBƏRLƏR
BLOGLAR