Binəqədi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib.
Modern.az-ın məlumatına görə, sabiq başçı Xaləddin İsgəndərovun daha bir kadrı vəzifəsindən azad olunub. Belə ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin sədri Əlipaşa Xankişiyev işdən çıxarılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin əmri ilə Namil Məmmədov 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin sədri təyin olunub.
Şərhlər