Xalq artisti Brilyant Dadaşova ictimai qınağa tuş gəlib.
Qaynarinfo xəbər verir ki, sənətçi sosial şəbəkədə koronavirus pandemiyasının bəzi insanlara bir dərs olduğunu deyib:
"Təbiət öz qucağını necə də gözəl təmizlədi. Pis insanlardan, şər-böhtanlardan, günahsız insanları qətlə yetirənlərdən, tərbiyəsizlərdən, Allahı inkar edib ətrafa pislik yayanlardan öz qucağını bərk əli ilə təmizlədi. Küçələr bom-boş... Təbiət bir az da nəfəs almaq istəyir. Az da olsa... Ümid edirəm ki, məni izləyənlər dünyasını dəyişənlərdən bəhs etdiyimi düşünəcək qədər cahil deyillər".
Xalq artistinin bu fikirləri sosial şəbəkədə birmənalı qarşılanmayıb. İctimai qınağa tuş gələn sənətçi rəy bölümünü bağlayıb.
Bahar Rüstəmli
Şərhlər