Xəbər lenti

Xalq artisti efirdə ağladı:
Video 14:16 27.12.2017

Xalq artisti efirdə ağladı: "Ailə tərbiyəsi görmüşəm" (VİDEO)

ARB TV-nin "Səhər-Səhər" proqramının budəfəki qonağı xalq artisti, aktrisa Məleykə Əsədova olub.

Qaynarinfo bildirir ki, xalq artisti proqramda dünyasını dəyişmiş anasından danışarkən göz yaşlarını tuta bilməyib:

"Anam qocadır mahnısını anama ad günündə hədiyyə etmişdim. Atam haqqında şeirim var. İnsan ailəsinə, özünə hörmət etməlidir ki, başqasına hörmət edə bilsin. Mənim anama, atama, indi də qızıma, bacılarıma böyük hörmətim var. Mən ruhun varlığına inanıram. Hər gün anamla, atamın ruhuna salavat göndərirəm. Dekabrın 29-u anamın ad günüdür. Ad günlərində qəbri üstə oluram. Mən ailə tərbiyəsi görmüşəm. Danışanda fikirləşirəm ki, bu sözü mənə desələr, necə olardım? Son günlər daha çox deyriəm ki, Allah, bizi mərdiməzardan qoru. Allah məni sevənləri qorusun".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->