Sənət 16:53 06.12.2021

Xalq artisti: “Elə hey deyirdi, gedərdik, görərdik...”

"Çox heyiflər olsun ki, anam işğaldan azad olunan Ağdamı görə bilmədi”.

Bunu Qaynarinfo-ya Xalq artisti Aygün Bayramova anasının ölümündən danışarkən deyib. O bildirib ki, anası dekabrın 5-də dünyasını dəyişib:

"Anamın ölümü qəfil oldu. Ağdamın işğaldan azad olunmasını eşitdi, amma kəndimizi görə bilmədi. Elə hey deyirdi, gedərdik, görərdik, amma nəsib olmadı. Çox pis oldum, ananın yaşı olmaz”.

Bahar Rüstəmli