Xəbər lenti

Xalq artisti: “Həyat yoldaşım mənə aldığı maşını başqa qadına bağışladı”
Sənət 10:29 14.01.2021

Xalq artisti: “Həyat yoldaşım mənə aldığı maşını başqa qadına bağışladı”

Xalq artisti Flora Kərimova şəxsi həyatı barədə maraqlı açıqlama verib. 

Qaynarinfo xəbər verir ki, "Onun sirri” proqramına qonaq olan sənətkar həyat yoldaşı Faiq Şəfiyevin ona hədiyyə etdiyi avtomobilin tarixçəsindən danışıb:

"Mənə həmişə çox bahalı zinət əşyaları hədiyyə edirdi, qəbul etmirdim. Bir dəfə də maşın gətirdi. Maşın iki gün həyətdə qaldı, üçüncü gün gələndə dedim ki, Faiq, ya maşını apar, ya da açarı həyətə atacağam. Atdım həyətə... O, bunu təhqir olaraq qəbul etdi. Maşını başqa bir qadına bağışladı. Həmin qadın da həyatda hər zaman ayağıma dolaşan biri idi. O qadın da atalığı rəhmətə gedəndə maşını satıb başdaşı düzəltdirdi”.

Bu zaman aparıcı Lətafət Ələkbərova sözügedən şəxsin mərhum Xalq artisti İlhamə Quliyeva olduğunu bildirib. F. Kərimova isə "Ölənin arxasıyca danışmaram”, - deyə şərh verib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->