Xalq artisti Canəli Əkbərov İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Bu barədə Qaynarinfo-ya mərhumun ailə üzvləri məlumat verib.
Xanəndə ilə vida mərasimi sənətkarın yaşadığı binanın qarşısında olacaq. Mərasim saat 14:00-da keçiriləcək.
Qeyd edək ki, Xalq artisti Canəli Əkbərov oktyabrın 22-də dünyasını dəyişib. Xanəndə bir neçə il bundan əvvəl beyin insultu keçirmişdi. Bir neçə gün bundan əvvəl isə vəziyyəti yenidən pisləşmişdi.
Bahar
Şərhlər