Sənət 22:56 03.09.2014

Xalq artisti kirayə ev axtarır

Xalq artisti, aktrisa Nuriyyə Əhmədova ağır günlər yaşayır.

Xalq artisti Nuriyyə Əhmədova oğlunun səhhəti haqqında “Üç nöqtə”yə danışıb. Xalq artisti bildirdi ki, oğlu xəstəxanadan evə çıxarılıb: “Həkimlər əllərindən gələni ediblər. Hər şey Allahın əlindədir. 36 yaşında uşağımın vəziyyəti yaxşı deyil (ağlayır). Allaha yalvarıram ki, sağalsın. Oğluma mən baxıram. Özümün də halım yoxdur. Bu dəqiqə oğlumun və özümün hayındayam. Ev şəraitsizlikdi, qaz da yoxdu. Hələlik rəfiqəmin evində qalırıq. Kiçik oğlum balaca kirayə ev axtarır. Buranın havası oğluma düşmür”.

Qeyd edək ki, xalq artistinin oğlu Əli bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Qaynar.info